
Bütün ağaclar yarpaqlarını tökməyə hazırlaşdığı bir vaxtda rayonun Poylu kəndində alma ağacı çiçək açıb. Bağ sahibinin sözlərinə görə, alma ağacı hər il payız vaxtı belə vaxtsız çiçək açır. Onun sözlərinə görə, il ərzində iki dəfə çiçək açan daha bir alma ağacı ötən il quruyub. 2-ci dəfə çiçəkləyən alma ağacı yüksək məhsuldarlığı ilə seçilir. Mütəxəssislər isə bu cür hadisələrin baş verməsini yayda havaların quraq keçməsi ilə əlaqələndirirlər.
- Baxış: 448