• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2098
— 27.10.2016 15:25

Şəmkirdə “Xərçəng bəşəriyyətin bəlası” adlı konfrans keçirilib

Ötən il Respublikada qeydiyyatda olan xərçəng xəstələrinin sayı 39 min 257 minə çatıb. 2016-cı ilin sonuna kimi bu rəqəmin 40 min olacağı proqnozlaşdırılır. Bu rəqəmlər Şəmkirdə təşkil olunan "Xərçəng bəşəriyyətin bəlası" adlı konfransda səsləndirilib. Gənc Həkimlər Birliyinin təşkilatçılığı ilə baş tutan müzakirələrdə artan statistikaya rəğmən, Azərbaycanın MBD ölkələri sırasında xərçəng xəstəliyinin yayılmasına görə ən aşağı göstəriciyə malik olduğuna diqqət çəkilib. Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına əsasən qarşıdakı 20 il ərzində dünyada xərçəng xəstələrinin sayının 57 faizədək artacağı gözlənilir. Müalicəsi qədər profilaktikası da önəmli olan bu xəstəliyə əhalinin diqqətini çəkmək və maarifləndirilmə önəmli addımlar kimi önə çəkilib. Elmi-nəzəri kofransda "Bağırsaq xərçəngi", "Uşaqlarda leykoz", "Qaraciyər və öd kisəsi xərçəngi" kimi mövzular ətrafında müzakirələr aparılıb. 

Gülnar Fazilqızı