• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1969
— 27.10.2016 15:57

Gəncədə milli qəhrəman Rəfael Əsədov və İqor Makayev anılıblar

Gəncədə torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan milli qəhrəman Rəfael Əsədov və İqor Makayev doğum günlərində anılıblar. Müdafiə Nazirliyinin şəhər icra hakimiyyəti ilə birgə təşkilatçılığı ilə ərsəyə gətirdiyi tədbirdə biri polkovnik, digəri isə çavuş olan vətən övladlarının keçdiyi şərəfli ömür yoluna nəzər salınıb. Hər iki qəhrəmanın vətənin bütövlüyü uğrunda bir an belə düşünmədən canından keçməsinin əsl igidlik nümunəsi kimi gənc nəsillərə örnək olacağına diqqətə çəkilib. Hər iki hərbçinin Gəncədən olması və bu torpağın igidləri ilə fərqləndiyi üzərində xüsusi dayanılıb. Tədbir Gəncə Zabitlər Evi və Gəncə Dövlət Dram Teatrının müxtəlif kompozisyaları ilə yekunlaşıb.

Elton Cabbarlı