• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1917
— 26.10.2016 17:01

Gəncəçayın sol sahilində yeni bulvar salınacaq

Gəncənin görkəmi bir qədər də dəyişəcək. Yeni yaşayış binaları, yeni yol və müasir istirahət məkanı. Söhbət şəhəri iki hissəyə bölən Gəncəçayın bu dəfə sol sahilində salınacaq bulvardan gedir.

Bəli, bir müddətdən sonra çayın hazırki "Park-bulvar kompleksi"nə paralel olan hissəsinin də görkəmi tamamilə dəyişəcək. Hazırlanan ilkin plana əsasən 1200 metr uzunu, 64 metr eni olan bulvarda ümumilikdə 6 fəvvarə quraşdırılacaq. 100 metr məsafə ilə inşa olunacaq fəvvarələrdən birincisi "Gəncə 2016 Avropa Gənclər Paytaxtı"na həsr olunacaq. 

Şərif Şərifov -Gəncə şəhərinin Baş rəssamı: “Ondan sonra burada yaşayış binaları tikiləcək. Gözəl, hündür yaşayış binaları çayın hər iki tərəfindən görünəcək. Həm də bilirsiz, orada açıq məkan formalaşacaq. Çayın hövzəsi, hövzəsindən sonra sağ tərəf, sol tərəf - təxminən 300, 400, 500 metrlik ərazi şəffaf olaraq görünəcək”.

Plana əsasən Gəncəçayın sol sahilində yerləşən və 129 ailənin yaşadığı evin də köçürülməsi gündəmdədir. Bunun üçün şəhərin Vəli Xuluflu küçəsində yeni yaşayış binalarının inşasına başlanılıb. 

Gülnar Fazilqızı