• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 25.10.2014 14:02

Qazaxda şiddətli yanğın hadisəsi baş verib

Ötən axşam Qazaxda şiddətli yanğın baş verib. Bilal Əşrəfova məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evi qəfildən alovlanıb. Ev sahibi 57 yaşlı Bilal Əşrəfov müxtəlif yanıq xəsarətləri alıb. O, dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Hadisə yerinə gələn Qazax Yanğından Mühafizə Hissəsinin əməkdaşları alovu qısa zaman ərzində ram edə biliblər. Yanğın hadisəsi zamanı Bilal Əşrəfova məxsus yaşayış mənzilinin 70 kv.m, iki otağı, dam örtüyü yanaraq yarasız hala düşüb. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.