• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1653
— 25.10.2014 13:54

Qazaxda 25 yaşlı oğlan su kanalına düşərək boğulub

Qazax rayonunun Ağköynək kənd sakini 25 yaşlı Qabil Ocaqverdiyev yaşadığı evin yaxınlığından keçən su kanalına düşərək boğulub. Mərhumun anasının sözlərinə görə, fiziki qüsurlu Qabilin cəsədini  sudan əmisi çıxarıb. Qohumlarının sözlərinə görə, su kanalının yaxınlığına gələrkən onda qıcolma baş verib və gənc oğlan suya düşərək həyatını itirib.