• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 917
— 25.10.2016 15:17

Tovuzda işləməyən piyada keçidləri təhlükə saçır

Tovuzda piyadaların keçməsi üçün piyada keçidləri quraşdırılıb. Keçid üzərindəki işıqlar hazırda yanmır. Bu da piyadaların hərəkəti üçün müəyyən çətinliklərə yol açır.

Tovuzun mərkəzində, Həzi Aslanov küçəsində işıqlandırma sisteminin olmaması, 4 piyada keçidi işarəsinin üzərindəki işıqların mövcud vəziyyəti yolu keçənlər üçün üçün çətinlik yaradıb.

Mövcud vəziyyət təkcə piyadaları yox, sürücüləri də narahat edir. Təcrübəli, yola bələd olanlar qaranlıq küçədə hərəkət zamanı ehtiyatı əldən verməyib asta sürətlə hərəkət edirlər. Amma bunun əksini edənlər də az olmur.

Siqnal İdarəsinin Tovuz İstismar Sahəsinin rəisi Niyazi Məmmədov məsələ ilə bağlı sualımızı cavablandırarkən problemin hava şəraiti ilə əlaqədar olduğunu və yaxın günlərdə həll ediləcəyini bildirib.

Rahim İbrahimoğlu