• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 25.10.2014 14:45

Cəbhə bölgəsinə səfər edən 30-dək jurnalist Qazaxın Ermənistanla sərhəd kəndlərində olublar

Təhsil və Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə cəbhə bölgəsinə səfər edən 30-dək jurnalist Qazaxın Ermənistanla sərhəddəki Aslanbəyli və Çaylı kəndlərində olublar. Burada qonaqlar dərs prosesini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər. Bildirilib ki, Aslanbəyli kəndi müharibədə 18 şəhid verib. Məktəbin məzunlarından 24 nəfər isə Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Daha sonra jurnalistlər məktəbdə gənclərin çağırışaqədərki hazırlıq fənninin tədrisi ilə tanış olublar. Məktəbin direktor bildirib ki, kənddə hərbi hazırlığın tədrisi xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda bölgədə mina təhlükəsi nəzərə alınaraq, orta məktəbin aşağı siniflərində Mina Təhlükəsizliyinə dair Maarifləndirmə fənni tədris olunur. Daha sonra jurnalistlər Çaylı kəndində yerləşən orta məktəbdə olub, orada tədrislə maraqlanıblar. Qazax rayon Təhsil Şöbəsinin müdiri bildirib ki, hazırda Ermənistanla sərhəddə Qazax rayonunun 17 orta məktəbi yerləşir. 7 məktəbin yerləşdiyi ərazi isə işğal altındadır.