• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1622
— 25.10.2014 14:19

Şəmkirin Kür qəsəbəsində açıq mikrofon təşkil olunub

Şəmkirin Kür qəsəbəsində yerli sakinlərlə rayon rəhbərliyinin görüşü keçirilib. Qəbulda sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini səsləndiriblər. Vətəndaşları dinləyən rayon rəhbərliyi problemlərin həlli ilə bağlı tapşırıqlarını verib.

10 minə yaxın əhalisi olan Kür qəsəbəsində əhali əsasən əkinçilik, maldarlıq və xırda sahibkarlıqla məşğul olur. Qəsəbə sakinləri ilə görüşdə rayon rəhbərliyi Şəmkirdə, eləcə də Kür qəsəbəsində həyata keçiriləcək sosial layihələr barədə məlumat verib. Qeyd olunub ki, əhalinin məşğulluğunu təmin etmək, işsizlik problemini aradan qaldırmaq üçün yaxın vaxtlarda rayonda bir neçə istehsal müəssisələri istifadəyə veriləcək. Bundan başqa təhsil, səhiyyə və mədəniyyət ocaqları müasir formada yenilənəcək. Daha sonra sakinlərin təklif və müraciətləri dinlənilib. Vətəndaşlar əsasən qaz, işıq, su və kanalizasiya ilə bağlı mövcud olan çətinlikləri səsləndiriblər.

Bundan başqa müraciətlər sırasında aztəminatlı və imtiyazlı ailələrə ünvanlı dövlət sosial yardımın təyini, həyatyanı torpaq sahəsinin bölgüsü, məktəb binasının təmiri kimi məsələlər də önə çəkilib. Sakinləri fərdi qaydada dinləyən rayon rəhbərliyi müraciətlərin mərhələli şəkildə həll oluncağını vurğulayıb. Şəmkirdə bu cür görüşlərin qarşıdakı günlərdə digər yaşayış məntəqələrində də təşkili planlaşdırılır.

Natiq Hüseyn