Bu günə xəbərlərin oxunma sayı: 853
— 23.10.2016 13:20

Konservləşdirilmiş məhsullardan bu səbəblərdən zəhərlənirik

Ev şəraitində koservlədirilmiş tərəvəzlərin istifadəsi zamanı qida zəhərlənmələrinə tez-tez rast gəlinir. Əksər hallarda isə bu zəhərlənmələrin sonu faciəylə nəticələnir. Bəs ümumiyyətlə konservləşdirilmiş məhsulların yetişdirilməsi zamanı istifadə olunan dərman, yaxud gübrələrin, konservləşdirilmiş məhsullara hansısa təsiri ola bilərmi?

Tələt Mehdiyev- Aqrar elmlər üzrə fəlsəfə doktoru: “Məhsul gübrənin törəməsidir - gübrə yoxdursa, məhsul da yoxdur. Lakin, gübrə də tələb olunan normalarda istifadə olunmalıdır.”

Yağların, zülaların insan qıdasında vacibliyi qədər azot, fosfor, kalium kimi gübrələr və mikroelementlər də bitkilərin qidalanması üçün əsasdır. Bitkilərə gübrələr, mikroelementlər və pestisidlər norma daxilində, tələb olunan miqdarda verilərsə, bu, bitki üçün yalnız xeyirli ola bilər.

Bitkilər üçün tətbiq olunan pestisidlərin parçalanma dinamikası var.

Tələt Mehdiyev- Aqrar elmlər üzrə fəlsəfə doktoru: “Bu parçalanma dinamikası 3 dövrə bölünür. Ən gec parçalanma 24 gün ərzində baş verir”.

Bütün bunlarsa bitkinin yetişdiyi dövrdə tətbiq olunduğundan konservləşdirilmiş tərəvəzlər üçün təhlükə ola bilməz. Üstəlik bu mikroelementlərin bitkilərin yetişdiyi son bira ay müddətində istifadəsinə icazə verilmir, bütün bunlarsa nəzarətdə saxlanılır. Bitkilərin inkişafı üçün mütləq olan torpaq bəzi hallarda isə zəhərlənmələr üçün də əsas ola bilər.

Tələt Mehdiyev- Aqrar elmlər üzrə fəlsəfə doktoru: “Məhsul təmiz yuyulmazsa torpağın hissəcikləri konservləşdirilmiş balonun içərisində sürətlə inkişaf edər. Çünki, xırda bir torpaq hissəciyi orda saysız-hesabsız bakteriyaların inkişafına şərait yaradır”.

Bir sözlə, konservləşdirilmiş məhsullarda zəhərlənmə hallarının baş verməsi öz diqqətsizliyimiz və  mikroelementlərdən qeyri-düzgün istifadə nəticəsində yaranır. Bu da önu deməyə əsas verir ki, öz əlimizlə özümüzü zəhərləməmək üçün istənilən halda  qaydalara düzgün riayət etmək mütləqdir. 

Pərvanə Mustafayeva