• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2015
— 25.10.2014 11:11

Qazaxda mübahisə edən iki kişidən biri qətlə yetirilib

Ötən gecə Qazaxda bir nəfərin ölümü digərinin ağır yaralanması ilə nəticələnən bıçaqlanma hadisəsi qeydə alınıb. Qəfildən yaranan mübahisə tərəflərdən birinin digərinə bıçaq xəsarəti yetirməsiylə nəticələnib. Hər ikisi Qazax sakini olan 37 yaşlı Ramin Qurbanov və 40 yaşlı Süleyman Möhtərəmov dərhal Qazax rayon Diaqnostika Mərkəzinə çatdırılsa da  Ramin Qurbanovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılır.