• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1545
— 25.10.2014 00:40

Gəncədə yolu keçmək istəyən piyadanı maşın vurub

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza hadisəsi gecə saat 23:00 radələrində şəhərin Keçid küçəsi adlanan ərazisində baş verib. Şadlıq sarayında toy mərasimindən çıxan Qəhrəman İsmayılov yolu keçmək istəyərkən "Vaz 21 011" markalı avtomobil tərəfindən vurulub. Qəza nəticəsində Qəhrəman İsmayılov ağır bədən xəsarətləri alıb. Yaralı dərhal hadisəni törədən sürücü tərəfindən Gəncə şəhər 3 saylı TTYX-ya çatdırılıb. Müayinə zamanı müəyyən olunub ki, Qəhrəman İsmayılovun hər iki ayağı sınıb. Həkimlər yaralının vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.