• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 778
— 12.10.2016 16:10

Gəncədə “Qan ver, yaşat” adlı qanvermə aksiyası keçirilib

Xeyriyyə məqsədi ilə təşkil olunan aksiya bu gün saat 18:00-da yekunlaşacaq və 40 gün ərzində davam edəcək. Bu, il ərzində Gəncədə keçirilən sayca 4-cü kütləvi aksiyadır.

Bəli, bu gün Gəncədə xeyriyyə məqsədilə qanvermə aksiyası təşkil olunub. “Qan ver, yaşat” adlı aksiya şəhərdə iki yerdə, bir İmamzadə Dini Memarlıq Kompleksində, bir də Mərkəzi Qan Bankının Gəncə bölməsində həyata keçirilir.

Qanvermə aksiyası səhər saat 9-dan başlayıb. Şəhər sakinləri könüllü olaraq Mərkəzi Qan Bankının Gəncə bölməsinə gələrək tibbi yoxlanışdan keçir və qan vermək üçün növbə gözləyirlər.

Tibbi yoxlanışdan keçən və səhhətində problem olmayan aksiya iştirakçılarından isə qan burada alınır. Bir nəfərdən təqribən 250-300 qram arası qan götürülür.

Qan vermək bir şəxsin həyatını xilas etməklə yanaşı, insanın  özü üçün də faydalıdır və 6 aydan bir qan vermək bəzi xəstəliklərin qarşısını alır.

Reyhan Rzayeva - Gəncə sakini: "Mən mütəmadi olaraq qanvermə aksiyalarında iştirak edirəm və bununla da fəxr edirəm. Fərx edirəm ki, hardasa da savab qazanmış oluram".

Mərkəzi Qan Bankının Gəncə bölməsində hazırda 92 nəfər talassemiya və 61 nəfər hemofiliya xəstəsi qeydiyyatdadır. Könüllü donorlardan alınan qan onların müalicəsində istifadə olunacaq.

İmamzadə Dini Memarlıq Kompleksində təşkil olunan qanvermə aksiyasında izdiham müşahidə olunur. Burada xüsusi ayrılmış çadırda Mərkəzi Qan Bankının Gəncə bölməsin tibbi briqadası çalışır.

Dini kompleksdə 10-dan artıq tibb işçisi, səhərin erkən saatlarından könüllü donorların  xidmətindədir. Qan verməzdən əvvəl aksiya iştirakçılarının tibbi yoxlanışdan keçməsinə isə xüsusi nəzərat edilir.    

Təranə Niyazova - Mərkəzi Qan Bankının Gəncə bölməsinin tibb işçisi: "Bütün alətlərimiz təmizdir. Bəzi insanlar buna görə narahat ola, tərəddüd edə bilərlər, lakin əmin olsunlar ki, bütün tibbi alətlər təmizdir, hamısı sterilizə olunub".

Anar İbrahimov - Gəncə sakini: "Biz də qan veririk könüllü olaraq. Allah bütün qan verənlərin canına sağlıq versin. Yəqin ki, bu gün verdiyimiz qan kimin üçünsə düşərli olar".

Aksiyada 18-65 yaş arası şəxslər iştirak edib və onların hər birindən müvafiq ayda da qan alınıb.  40 gün ərzində istəyən şəxs Mərkəzi Qan Bankının Gəncə bölməsinə yaxınlaşaraq qan verə bilər.

Gülnar Fazilqızı