• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 25.10.2014 06:44

Gəncədə yataqxanada güclü yanğın baş verib (YENİLƏNİB)

Yanğın hadisəsi Gəncə şəhər  3 saylı Peşə liseyinin yataqxanasında baş verib. Hadisə yerinə 13 yanğınsöndürən maşın cəlb olunub. Tez bir zamanda yanğının qarşısı alınıb. Gəncə şəhər Yanğından Mühafizə İdarəsindən verilən məlumata görə, ümumi sahəsi 1040 kvadratmetr olan yataqxananın çardaq hissəsinin 850 kvadratmetr hissəsi yanıb. Xoşbəxtlikdən yanğın zamanı xəsarət alan olmayıb. Sakinlər yanğın zamanı binadan təxliyə olunub.Məlumata görə yataqxanada 12 ailə məskunlaşıb ki, onların arasında məcburi köçkünlərdə var.    

 

21:03 olan xəbər

Gəncə şəhərində 3 saylı Peşə liseyinin yataqxanasında yanğın baş verib. Nizami prospekti ilə Xətai prospektinin kəsişməsində yerləşən 5 mərtəbəli yataqxananın dam örtüyündə başlayan şiddətli yanğını FHN-nin yanğınsöndürən briqadası söndürməyə çalışır. Hələ ki, alovu ram etmək mümkün olmayıb. Qeyd edək ki, həmin binada məcburi köçkünlər məskunlaşıb. Hazırda sakinlər hadisə yerindən evakuasiya olunub.