• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1819
— 24.10.2014 19:34

Türkiyənin Eskişəhər valisi Gəncə şəhərinə səfər edib

Gəncədə qardaş şəhər Eskişəhərlə bir sıra sosial-iqtisadi və təhsil sahələrində  əlaqələrin genişləndirilməsi müzakirə edilib. Eskişəhər valisi Güngör Azim Tuna ilə Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin görüşündə 4 min il yaşı olan şəhərin iqtisadiyyatının əsasını təşkil edən sənaye və istehsalat  obyektləri haqda məlumat verilib. Respublikada fəaliyyət göstərən universitetlərdən üçünün məhz Gəncədə yerləşdiyini öyrənən qonaq bu görüşün iki şəhər arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə böyük təkan olacağını söyləyib. Əlaqələrin  davamı kimi Eskişəhər valisi Elmar Vəliyevi ölkəsinə dəvət edib.