• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1231
— 24.10.2014 17:35

Gəncədə atasının avtomobilini oğurlayan şəxs saxlanılıb

Gəncədə atasının avtomobilini oğurlayan şəxsdən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 23-də saat 05:00 radələrində Gəncə şəhərinin Dədə Qorqud küçəsindən Oqtay Məmmədova məxsus içərisində 4000 manat olan “Maxima” markalı avtomobil qaçırılıb. 

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobili idarə edən sürücü Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin Oqtay Məmmədovun oğlu Samir tərəfindən idarə edilməsi və onun sərxoş halda olması müəyyən edilib. Avtomobilə baxış zamanı 2000 manat, sənədlər, müvafiq sənədləri olan ov tüfəngi, 14 ədəd patron, 4 ədəd giliz, habelə başqa bir avtomobilə məxsus dövlət qeydiyyat nişanları götürülüb. Faktla bağlı Kəpəz Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.