
28 yaşlı gəncin üzərindən 500 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
Ağsu rayon sakini 28 yaşlı İsrafil Mustafayev Xırdalan şəhərinin ərazisində Abşeron Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən əlindəki sellofan bağlamada yarım kiloqram narkotik maddə olan qurudulmuş marixuana aşkarlanıb. Saxlanılaraq şöbəyə gətirilən İsrafil Mustafayev marixuananı Yasamal rayonunun ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirib.
2 ildir narkotik maddə qəbul etdiyini deyən saxlanılan Mustafayev bildirib ki, narkotikdən istifadə edən insanlar bu yolda tədricən özlərini məhv edirlər.
Tikinti sahəsində ustalıqla məşğul olan İsrafil hər ay narkotikə olan tələbatını ödəmək üçün təxminən 100 manat xərcləyir. Faktla bağlı Abşeron Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.
- Baxış: 853