• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3328
— 24.10.2014 17:26

Yevlaxda piyadanın Goranboyda 1 nəfərin ölümüylə nəticələnən qəza baş verib

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, Goranboy rayonunun Dəliməmmədli şəhər sakini 41 yaşlı Fikrət İsmayılov avtoqəzada aldığı xəsarətlə bağlı xəstəxanaya gətirilib. Xəstənin vəziyyəti ağır olduğundan o dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər Fikrət İsmayılova tibbi yardım göstərsələr də onun həyatını xilas etmək mümkün olmayıb, o, 15 dəqiqədən sonra ölüb.  Fikrət İsmayılova kəllə beyin travması, eləcə də döş qəfəsinin əzniyi diaqnozu qoyulub. Qəza Bakı-Qazax yolunun Goranboy rayonundan keçən hissəsində baş verib və Fikrət İsmayılovu xəstəxanaya yoldan keçən vətəndaşlar gətiriblər. Faktla bağlı araşdırma aparılır.

Yevlax rayonunun Hacıselli kəndi yaxınlığında piyadanın ölümü ilə nəticələnən hadisə baş verib. Rayonun Varvara kənd sakini,  29 yaşlı Etibar Abdullayev yolu keçmək istəyərkən Mingəçevir şəhər sakini Mürsəl İslamlının idarə etdiyi “VAZ 2107” markalı avtomobillə vurulub. Nəticədə piyada  hadisə yerində keçinib. Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.