• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1522
— 24.10.2014 17:23

Şəki ərazisində yol qəza hadisəsi baş verib

Bu gün saat 10:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Qəza zamanı iki minik avtomobili toqquşub. Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yüksək sürət və sürücü diqqətsizliyi növbəti dəfə qəzaya səbəb olub. Hadisə Şəki-Qax yolunun 15-ci km-də Şəkinin Aşağı Göynük kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəki sakini Əliyev Yəhyanın idarə etdiyi 55-BD-706 dövlət nömrə nişanlı VAZ-2107 markalı avtomobillə, Balakən sakini Hüseynov Novruz Əsəd oğlunun idarə etdiyi 08-BF-435 dövlət nömrə nişanlı VAZ-21099 markalı avtomobil toqquşub. Nəticədə 099-un sürücüsü və onun iki sərnişini Gürcüstan vətəndaşı Bayramova Roza Rəsul qızı və Balakən sakini Muradov Akif Seyfulla oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Şəki rayon mərkəzi xəstəxanasına çatdırıləb.

Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib. VAZ-2107-nin sürücüsünün sözlərinə görə, qəzaya səbəbkar digər avtomobilin sürücüsü olub.

İlkin ehtimallara görə, qəzaya səbəb VAZ-21099-un sürücüsünün düzgün ötmə əməliyyatı yerinə yetirməməsi olub. Faktla əlaqədar Şəki şəhər rayon polis şöbəsində araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq avtoekspertizanın rəyindən sonra bəlli olacaq.