• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1208
— 24.10.2014 17:22

Abşeronda oğul anasını boğaraq qətlə yetirib

Hadisə Xırdalan şəhəri Mehdi Hüseyn küçəsində yeni tikilən hündürmərtəbəli binanın 11-ci mərtəbəsində baş verib. Rusiya Federesiyasının Sankt- Peterburq şəhərində yaşayan 22 yaşlı Hümbət Nağızadə bir ay əvvəl Xırdalanda yaşayan anası, qardaşı və bacısına baş çəkməyə gəlib. Ailənin başçısı isə iki il əvvəl dünyasını dəyişib. Hümbətin anası ilə yaşayan qardaşı ona 43 yaşlı anaları Fatma Qurbanovanın başqa kişilərdən görüşməsindən şühbələndiyini bildirib. Bundan sonra Hümbət Nağızadə bununla bağlı anasından izahat tələb edib. Fatma Qurbanova isə qətiyyətlə bildirib ki, heç bir kişi ilə əlaqəsi olmayıb. Amma, bu cavab Hümbəti qane etməyib və o, anasını boğub. Qətli törədəndən sonra Nağızadə polisə könüllü təslim olub. Polis tərəfindən saxlanılan Hümbət Nağızadə Abşeron rayon prokurorluğunda dindirilib. Ondan şübhələrin təsdiqlənmişdi ki, “sən ananı boğmusan” deyə soruşulanda o “xeyr” cavabını verib. Faktla əlaqədar Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.