• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3214
— 24.10.2014 15:31

Tovuzda at arabası 56 yaşlı qadının ölümünə səbəb olub

Hadisə rayonun Xatınlı kəndi ərazisində Kür çayı sahilinə gedən yolda qeydə alınıb. Fermada çoban işləyən Xatınlı kənd sakini İlham Əhmədov at arabası ilə Qaraxanlı sakini Zöhrə Niftəliyevanı qonşuluqda olan fermaya aparan zaman xoşagəlməz hadisə baş verib. Qadın arabadan düşərkən ayağı təkərə ilişib və arabanın altında qalıb. 56 yaşlı qadınla qeyri- rəsmi nikahda yaşayan Xatınlı kənd sakini 84 yaşlı Məhəmməd Alıyev qadının onun fermasına gəldiyini bildirir. Qadının öldüyünü görən arabanın sahibi onu yolda qoyaraq hadisə yerindən uzaqlaşıb. Amma çox keçməyib ki, Tovuz Polisi hadisəni törədən Xatınlı sakini İlham Əhmədovu saxlayıb. Faktla bağlı araşdırma aparılır.