• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1761
— 24.10.2014 15:29

“İdeya Qazandı” layihəsinin təşkilatçıları Gəncədə görüş keçirib

Məqsəd gənc nəsil nümayəndələrinin müxtəlif biznes ideyalarını dəstəkləmək, həmçinin layihənin investorları tərəfindən maliyyələşdirməkdir. Bir müddətdir ki, efir vasitəsilə gerçəkləşən layihə Azərbaycanın müxtəlif bölgələrindən olan insanların biznes planını dəstəkləyib. “İdeya Qazandı” layihəsinin rəhbəri Rəşxan Qaraşlı bildirib ki, əsas məqsəd bu kimi layihələri tək paytaxt Bakıda deyil, bölgələrdə də inkişaf etdirməkdir. Tədbirdə “İdeya Qazandı” haqqında iştirakçılara ətraflı məlumat verilib, həmçinin layihənin şərtləri, məqsədi və perspektivliyi barəsidə diskussiya aparılıb.