• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 785
— 23.09.2016 10:30

“Məzuniyyətə brendlə”...

Yayın bitməsi ilə Həştərxan vilayətində “Məzuniyyətə brendlə” fotomüsabiqəsi də başa çatır. Yay mövsümündə həştərxanlılar Rusiya kurortlarını ziyarət ediblər, eləcə də ölkə hüdudlarından kənara istirahətə gediblər. Çoxları istirahət zamanı regionun brendinin əks olunduğu əşyalar alırlar. Fotomüsabiqənin şərtləri barədə ətraflı qarşıdakı materialda tanış olaq...

Avropa, Afrika, Krım – Həştərxanı regionun hüdudlarından çox-çox uzaqlarda da tanıyırlar. Turistlər vilayətin simvolu həkk olunmuş geyimlərdə şəkil çəkdirir və “Məzuniyyətə brendlə” müsabiqəsinin iştirakçısına çevrilirlər. İnessa Qolobokova brend futbolkada çəkdirdiyi şəkli sosial şəbəkədə paylaşıb və “astrabrend” şərhini yazıb.

İnessa Qolobokova– müsabiqə iştirakçısı: “Bizim brend hər yerdə tanınacaq. Bütün ölkədə. Nəinki bizim ölkəmizdə, həmçinin də xaricdə. Mən xaricə çoxlu hədiyyələr göndərirəm. İsveçrədə yaşayan rəfiqəmə Həştərxan brendi göndərirəm”.

Müsabiqə iştirakçıları tez-tez brend paltarlarda şəkil çəkdirirlər. Olqa Arzamasseva müsabiqə barədə Vladimirdə ümumrusiya forumunda olarkən xəbər tutub.  

Olqa Arzamasseva– müsabiqə iştirakçısı: “Bütün ölkələrdən çoxlu sayda uşaqların yığışdığı başqa bir regionda olanda brend futbolka ilə gəzmək xüsusilə qürur verir.  Məncə, bu, çox vacibdir. Hamı yaxınlaşır, soruşur ki, siz Həştərxandansız? Nə gözəl. Bəs bu nə məna verir?”

Müsabiqədə iştirak etmək üçün region hüdudlarından kənarda olmaq vacib deyil. Çəkilişlərdə əsas şərt regionun brendinin olmasıdır. Bu, geyim də, göy-ağ rəngli simvollarla bəzədilmiş suvenir də ola bilər.    

Yelena Seliverstova– “Strateji Təhlil və layihələrin İdarəedilməsi Mərkəzi”nin şöbə rəisi: “Məzuniyyətə brendlə” müsabiqəsinə gəlincə, müsabiqə Həştərxan brendlərinin tanıdılması məqsədi daşıyır. Biz istərdik ki, təqdimat nişanı  regionun hüdudlarından kənarda da tanınsın. Ona görə də belə bir müsabiqə təşkil edildi”.

Şəkli sosial şəbəkələrdə daha çox bəyənilən iştirakçı müsabiqənin qalibi olacaq. Hər kəs iştirakçılara səs verə bilər. Bunun üçün sosail şəbəkələrin axtarış bölmələrində “astrabrend” sözünü yazmaq kifayətdir. Mükafatlar arasında istirahət günü Dombay turu, Baskunçak gölünə səyahət və oteldə romantik gecə də var.

Valeriya Sitkova– müsabiqənin tərəfdaşı: “Biz həmçinin iştirakçılara otelin istənilən yerində fotosessiya hədiyyə etmək istəyirik”.

Qeyd edək ki, müsabiqə qaliblərinin adı şəhər günündə Həştərxan Bulvarında açıqlanacaq.

Almaz İbrahimova