• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2702
— 24.10.2014 09:35

Gəncə Vaqon Deposu Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub

Ölkənin dəmiryolu sektorunda sovet dönəmindən qalan inzibati binaların və təmir sexlərinin  geniş şəkildə bərpasına start verilib. Əsas məqsəd sovet dönəminin tikilişi olan binaların günün tələblərinə uyğunlaşdırmaqdır.

1978- ci ildə inşa edilən və o dövrdən bu günə kimi fəaliyyət göstərən Gəncə Vaqon Deposu Nəqliyyat Nazirliyi tərəfindən yenidən qurulub. Mövcud olan hər iki inzibati binanın görkəmi dəyişib, fəaliyyətdə olan əsas sexlər təmir olunub. Bundan əlavə binanın həyətində yeni bağ salınıb. Binanın kommunikasiya xətləri yenilənərək vaqon deposunadək olan avtomobil yoluna asfalt örtük salınıb.

Şabəddin Həsənov- Gəncə Vaqon Deposunun rəisi: “Son zamanlar nəqliyyat naziri Ziya Məmmədovun və yol rəhbərliyinin göstərişi var ki, bütün inzibati binalar və fəaliyyətdə olan sexlərin həm daxili, həm də xarici görünüşü, estetik vidi tam dəyişdirilsin, yəni günün tələblərinə cavab versin. Bu göstərişə uyğun olaraq da avqust ayından etibarən işlərə başladıq və doğrudan da bina zövq oxşayan bir hala gətirildi”.

Aparılan tədbirlər tək bununla yekunlaşmır. Alabaşlı xidmət məntəqəsi tam yenidən qurulub. Gəncə texniki müayinə və Yevlax texniki xidmət məntəqəsində isə işlər davam etdirilir.