• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3345
— 23.10.2014 18:57

Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşub

Bakıda sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində 2 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax yolunun 16-cı kilometrliyində qeydə alınıb. “Ford” markalı yük maşını ilə eyni markadan olan sərnişin mikroavtobusu toqquşub. Ağır qəza nəticəsində xəsarət alanlar paytaxtın müxtəlif xəstəxanalrına yerləşdiriliblər. Qəza zamanı ölən şəxslərin cəsədi Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin  Qaradağ Rayon şöbəsinə yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbələri haqqında məlumat isə aparılacaq avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.