• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3342
— 23.10.2014 18:20

Bakıda sərnişin avtobusu qəza törədib

Nərimanov Rayon Polis İdarəsindən  verilən məlumata görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. 82 saylı xətt üzrə hərəkət edən “Daewoo” markalı, sərnişin avtobusu şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlarında kişini vuraraq öldürüb. Hadisə yerinə cəlb olunan xilasedicilər piyadanın cəsədini avtobusun altından çıxarıblar. Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları davam edir.