• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3340
— 23.10.2014 17:54

Mingəçevirdə yaşlı qadının ölümünə səbəb olan sürücü hadisə yerindən qaçıb

Mingəçevir şəhərində 1929-cu il təvəllüdlü Zəhra Ələkbər qızı Verdiyeva yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. 85 yaşlı qadın hadisə yerində keçinib. Onu vuran avtomobilin sürücüsü hadisə yerindən qaçıb.  Hadisə Mingəçevir şəhəri Heydər Əliyev prospektində yerləşən 2 saylı orta məktəbin  yaxınlığında baş verib.

Faktla bağlı  Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.