• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1611
— 23.10.2014 18:18

Gəncədə daha bir yeraltı keçidin əsaslı təmirdən sonra açılışı olub

Şəhərin Ş.İ.Xətai prospektində yerləşən yeraltı keçid uzun illərdir ki, baxımsız şəraitdə olduğundan istifadə edilmirdi. Lakin son zamanlar şəhərdə aparılan quruculuq-abadlıq işləri çərçivəsində  yararsız vəziyyətdə olan yeraltı keçidlər yenidən müasir formada bərpa edilərək sakinlərin istifadəsinə verilib. Keçidin daxilində yüksək keyfiyyətli üzlük daşlardan və mərmərdən istifadə edilib. Keçidin divarlarında keramik daşlarla dahi mütəfəkkir M.Ş.Vazehin portreti əks olunub. Təhlükəsizliyi təmin etmək üçün müşahidə kameraları quraşdırılıb. Keçidin daxilində əl işlərindən ibarət suvenir mağazası da fəaliyyət göstərir. Gün ərzində yeraltı keçiddən 10 minədək insanın istifadə edəcəyi nəzərdə tutulub.