• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3256
— 23.10.2014 18:17

Qubada iki minik avtomobilinin toqquşması nəticəsində sürücülər yaralanıb

Ötən gecə saatlarında Quba rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. İki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisə Quba Xaçmaz yolunun 11-ci km-də, magistralın Quba rayonunun Zərdabi qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 28 yaşlı Quba rayon sakini Rüstəm Qasımzadənin idarə etdiyi “Vaz 21 06” markalı nəqliyyat vasitəsi qarşıdan gələn 49 yaşlı Quba rayon sakini Elçin Məmmədovun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli xəsarətlər alaraq Quba Mərkəzi rayon Xəstəxanasına aparılıb. Yaralılardan birinin vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır olan digər sürücü Elçin Məmmədov isə, cərrahiyyə şöbəsində müalicə alır.

Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.