• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1538
— 23.10.2014 18:02

Ağdam polisi qanunu pozan sürücülərə qarşı reyd keçirib

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları  qanunu pozan sürücülərə qarşı reyd keçirib. Tədbir zamanı müəyyən olunub ki, hələ də sürücülük hüququ olmadan avtomobil sürən, sərxoş vəziyyətdə sükan arxasına keçib nəinki özünün, hətta başqalarının da həyatına təhlükə törədən sürücülər var.  

Son günlər yol nəqliyyat hadisələrinin çoxalması asayiş keşikçilərini vaxtaşırı profilaktik tədbirlər keçirməyə vadar edir. Dövlət Yol Polis bölməsinin əməkdaşları bu məqsədlə də yollarda reydlərin  sayını çoxaltmaq fikrinə gəlib.

Yol Polisinin məlumatına görə, son vaxtlar nəqliyyat vasitələrinin sürətlə çoxalması yol-nəqliyyat hadisələrinin artmasına səbəb olur. Bu isə, sürücülərin yol-hərəkət qaydalarını kobudcasına pozmasından irəli gəlir. Reyd zamanı həm də bu istiqamətdə profilaktik tədbirlər və maarifləndirmə işi də aparılııb.