• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2079
— 23.10.2014 14:44

Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət edənlərin sayında artım müşahidə olunur

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yola saldığımız 9 ay ərzində Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət edənlərin sayı 130 nəfər artıb. İşə düzələnlərin sayı isə  ötən ilin eyni dövrü ilə müqayisədə çoxdur.

Göygöl rayon Məşğulluq Mərkəzinə müraciət edənlərin sayında artım var. 2013- cü ilin müvafiq dövrü ərzində ümumilikdə mərkəzə 242 nəfər müraciət etmişdisə, cari ilin 9 ayında bu rəqəm 372 nəfər olub. Müraciət edənlərin 168 nəfəri qadın, 204-ü isə kişidir. Bunlardan da  226-ı daimi işlə təmin edilib. Həmçinin ötən aylarda 4 nəfər əlil vətəndaş da işlə təm edilib. 11 nəfərə isə işsiz statusu verilib.  

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: “İşə düzələn vətəndaşların sayında artım var. Keçən ilin müvafiq dövründə mərkəz tərəfindən 192 nəfər işlə təmin olunmuşdusa, bu ilin 9 ayı ərzində 226 nəfər bizim tövsiyə məktubları əsasında işlə təmin olunub. 15 nəfər vətəndaş isə bərbər-manikürçü peşəsi üzrə iki ay yarımlıq peşə hazırlığı kurslarına cəlb olunublar. 2014-cü ilin yekununadək rayonda 1200 yeni iş yerinin açılması praqnozlaşdırılır”.

Məşğulluq Mərkəzinə cari ildə boş iş yerlərinin sayı ilə bağlı bəzi dövlət və özəl idarə müəssisələr məlumat verməyiblər. Həmin idarələrə isə qanunauyğun olaraq, cərimələr tətbiq edilib.

Nazim Cəfərov- Göygöl rayon Məşğulluq Mərkəzinin direktoru: “Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən ötən dövrdə dövlət məşğulluq xidmətinin təqdim etdiyi məktub əsasında rayonda 3 müəssisədə araşdırmalar aparılıb və onların 2-si müvafiq qaydada cərimələniblər”.

Hazırda Göygöl rayon Məşğulluq Mərkəzində ümumilikdə 595 işaxtaran qeydiyyatdadır. Mərkəzdə 153 vakant yer var ki, bu yerlərin 11-i dövlət müəssisələrinə, 7-i isə özəl təşkilatlara aiddir.

Elnur Vahidoğlu