• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2270
— 15.09.2016 16:29

Azərbaycan Dövlət Aqrar Universitetində Bilik Günü yeni tədris korpusu əsaslı təmirdən sonra istifadəyə verilib

"Mühəndislik" və "Elektroenergetika və İnformasiya Texnologiyaları" fakültələrinin yerləşəcəyi binada 874 tələbə 8 ixtisas üzrə təhsil alır. Ümumilikdə ali təhsil ocağında 5 minə yaxın tələbə elmin sirlərinə öyrənir. Universitetdə 12 ixtisas üzrə mütəxəssis hazırlığı dövlət sifarişi əsasında həyata keçirilir və bu il həmin ixtisaslar üzrə qəbul planı 98% yerinə yetirilib.

1299 tələbə isə ilk dəfə Gəncə Dövlət Universitetində auditoriyalarına keçib. Onlardan 159 nəfəri magistr pilləsində təhsil alacaq. Tələbələrdən 8-nin qəbul göstəricisi 600 baldan yuxarıdır. Yeni tədris ilinin başlanması münasibətiylə keçirilən tədbirdə universitetə yüksək bal toplayaraq qəbul olanlara hədiyyələr və tələbə biletləri təqdim olunub.

Azərbaycan Texnologiya Universitetinə qəbul olan 447 nəfər 23 ixtisas üzrə təhsil alacaq. Onları təbrik edən ali məktəbin pedaqoji heyəti yüksək bal toplayan 10 tələbəni hədiyyə və təqdim olunan tələbə bileti ilə sevindirib.

Elnur Vahidoğlu