• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2086
— 15.09.2016 16:11

Bilik günü qərb bölgəsinin rayonlarında da yaddaqalan olub

Birincilərin ilk sevinci Şəmkirdə 2, Samuxda 5, Göygöldə isə 1 məktəb binasının yenilənməsi ilə tarixə düşüb.

Şəmkir rayonunun Düyərli kənd 1 saylı tam orta məktəbi əsaslı təmirdən sonra qapılarını müəllim və şagirdlərin üzünə açıb. Yeni dərs münasibətiylə yenilənən məktəb binası 1100 şagird yerlik olmaqla 45 sinif otağından ibarətdir. Parta arxasında ilk dəfə əyləşən birincilərlə görüşən rayon rəsmiləri onlara xoş niyyət və arzularını çatdırıblar. Şəmkir şəhər Nəriman Nərimanov adına tam orta məktəbin kollektivi də bu ildən əsaslı təmir olunan binada dərs keçəcəklər. 360 şagird yerlik məktəbdə 18 sinif otağı var. Təhsil ocağı ilə tanışlıq zamanı kollektivin imkanlarından səmərəli şəkildə istifadə edib yüksək nailiyyət qazanılacağına əminlik ifadə olunub.

Son illər ərzində 21 məktəb binası yenilənən Göygöldə bu il daha 4-ü təmirli məktəblərin cərgəsinə daxil olub. Bu il 1000-dən çox uşaq birinci sinifə, 568 nəfər isə məktəbə hazırlıq qruplarına qəbul olub. Göygöl rayonu Mollacəlilli kənd tam orta məktəbinin kollektivi də istifadəyə verilən yeni binanın sevincini yaşayıb. 280 şagird yerlik məktəbdə müxtəlif fənn kabinetləri, akt və idman zalı, eləcə də kitabxana fəaliyyət göstərir. Məktəblərlə tanış olan qonaqlar imkanları yüksək qiymətləndiriblər.

Samux rayonunda da bilik günü təntənə ilə qeyd olunub. Rayonun 35 ümumtəhsil məktəbi üzrə 921 şagird 1-ci sinifə qədəm qoyub. Yenikənd, Çobanabdallı, Aşağı Ağasıbəyli, Sərkar və Poylu kənd tam orta məktəblərinin binaları əsaslı şəkildə yenilənib. Gələn il üçün qəzalı vəziyyətdə daha bir neçə təhsil ocağının da təmiri planlaşdırılır. Bu il Samux rayonunun bütün təhsil ocaqlarından ali məktəblərə qəbulun qeydə alınması rayonda təhsilin yüksələn templə inkişafı kimi qiymətləndirilib.

Natiq Hüseyn