• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2344
— 14.09.2016 16:10

Bu il Göygöl rayonuna gələn turistlərin sayı ötən illə müqayisədə 2 dəfədən çox artıb

80 mindən çox turistin 3 mindən artığı isə əcnəbi, xüsusən  ərəblər olub. Yay turizim mövsümünün sonuna kimi rayonda istirahət etmək istəyənlərin sayının 100 mini keçəcəyi gözlənilir. Rayona gələn qonaqlar mehmanxana tipli 8 turizm obyekti, 1 otel və 1 motelin xidmətlərindən yararlanıb. Yeni turizm mövsümündən isə daha bir otelin tikintisi yekunlaşaraq istifadəyə veriləcək. Göygöldə müasir turizm infrastrukturunun yaradılması məqsədiylə investorların cəlbi istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə rayon rəhbərliyi bir sıra təkliflər hazırlayır. Rayonda 5 turizm marşrutu üzrə 9-u ölkə əhəmiyyətli olmaqla 31 tarixi abidəni ziyarət mümkündür.

Şərqiyyə Hümbətova- Göygöl Rayon Mədəniyyət və Turizim Şöbəsinin müdiri: “Son dövrlər bunun nəticəsidir ki, rayonda yeni turizm istirahət mərkəzləri açılıb. Əvvəllər rayonda 4 turizm istirahət mərkəzi fəaliyyət göstərirdi. Daha sonra bu say 6, hazırda isə 8 olub. Bu da investorlara göstərilən diqqət və qayğının nəticəsidir”.

 

Elton Cabbarlı