• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1191
— 23.10.2014 12:36

Daşkəsəndə qonşular arasında düşən mübahisə qanlı sonluqla bitib (Yenilənib)

Daşkəsəndə ötən gün baş tutun toy mərasimindən sonra dava düşüb. Davaya tərəflər arasında ədavət olması səbəb göstərilir. İçkili halda mübahisə edən qonşular illərdir yaranan narazılığa qanlı olayla son qoymaq istəyiblər.

Daşkəsən sakini 64 yaşlı Ziyad Əmiraslanov ötən gün axşam saat 23:00 radələrində müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərən həkimlər onun bədənində xəsarətlər aşkarlayıblar.  

Rəfail Əsədov- həkim: “Xəstənin və yaxınlarının deməsinə görə, o, qonşusu tərəfindən döyülüb. Xəsarətləri təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, alt çənədə 2 ədəd dişin zədələnməsi, döş qəfəsinin sol hissənin əzniyi diaqnozu qoyulub. Xəstəyə lazım olan yardım göstərilib, hal-hazırda stasionar müalicədədir.”

Yaralının və onun yaxınlarının sözlərinə görə Əmiraslanova qonşusu Mərdan Bayramov xəsarət yetirib. Qonşular arasında uzun müddətdir yolla bağlı hökm sürən münaqişəyə tərəflər Kobalt qəsəbəsindəki toy məclisindən sonra sərxoş halda son qoymaq istəyiblər.

Ziyad Əmiraslanov- zərərçəkmiş şəxs: Evdə otururdum gördüm nalayiq sözlər işlədir. Dedim çıxım qardaşını gətirim, bunu başa salsın. Bu, həmişə belədir. Ağzımda dişim də qalmadı”.

Pirəli Əmiraslanov- zərərçəkmiş şəxsin oğlu: “O yola bütün kəndin rəhbərliyi gəlib baxıb. “Kamaz” keçəsi deyil, amma xırdatutumlu nəqliyyat vasitəsi keçə bilər. Ona yol verildi. Onun ədavəti də bundan sonra başlayıb”.

Baş vermiş hadisəylə bağlı kimin məsuliyyət daşımasına isə Daşkəsən polisi aydınlıq gətirəcək.  

 

22.10.2014 \ 23:45 olan xəbər

Daşkəsən sakinləri toyda yeyib-içdikdən sonra köhnə ədavətləri yada düşüb. İçkili halda mübahisə edən qonşular illərdir yaranan narazalığa qanlı olayla son qoymaq istəyiblər. Daşkəsən sakini 64 yaşlı Ziyad Əmiraslanov ötən gün axşam saat 23:00 radələrində müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına gətirilib. Xəstəyə ilkin tibbi yardım göstərən həkimlər onun bədəninin müxtəlif nahiyyələrində xəsarətlər aşkarlayıblar. Yaralanının və onun yaxınlarının sözlərinə görə Əmiraslanov qonşusu Mərdan Bayramovun müqavimətinə tuş gəlib. Belə ki, qonşular arasında uzun müddətdir yolla bağlı münaqişə hökm sürür. Bu gün günorta saatlarında yaşadıqları Kobalt qəsəbəsinbdə toy məclisində iştirak edən qonşular illərdir davam edən mübahisəyə sərxoş halda son qoymaq istəyiblər. Bu zaman Mərdan Bayramov Ziyad Əmiraslanova müxtəlif bədən xəsarətləri yetirib.

Pirəli Əmirasalanov- zərərçəkmiş şəxsin oğlu: "O yola bütün kəndin rəhbərliyi gəlib baxıb. Kamaz keçəsi deyil amma xırda tutumlu nəqliyyat vasitəsi keçə bilər. Ona yol verildi. Onun ədavəti də bundan sonra başlayıb".

Hadisəyə görə kimin məsuliyyət daşımasına isə Daşkəsən polisi aydınlıq gətirəcək.

Natiq Hüseyn