• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3537
— 22.10.2014 23:34

Gəncədə yüksək sürətlə idarə olunan avtomobil yolun kənarındakı nəqliyyat vasitəsinə çırpılıb

Ötən gün axşam saatlarında Gəncə şəhəri, Nəriman Nərimanov prospektində yol nəqliyyat hadisəsi baş verib. Ağstafa sakini 31 yaşlı Adil Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobillə sözügedən prospektlə hərəkətdə olarkən maşını anidən yolun kənarında dayanan Mübariz Yolçuyevə məxsus “Mercedes”ə çırpıb. Zərbənin təsirindən xəsarət alan olmasa da hər iki avtomobil yararsız hala düşüb. İlkin ehtimala görə qəzaya sürücünün sürət həddinə məhəl qoymaması səbəb olub. Dəqiq təfərrüatlar isə avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.