• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1705
— 22.10.2014 22:48

Göygöl rayonuna yeni su xətti çəkilib

Göygöl rayonunda əhalinin içməli suya olan təlabatını tam ödəmək məqsədi ilə yeni su xətti çəkilib. Artıq rayon mərkəzi ilə yanaşı bir sıra ətraf kəndlər də 24 saat fasiləsiz olaraq içməli su ilə təmin edilir.

Göygöl rayonunda əhalinin  içməli su tələbatını ödəmək üçün Kürəkçaydan ümumi uzunluğu 25 km olan magsitral xətt çəkilib. Bundan əlavə su qəbuledici, təmizləyici və ötürücü qurğu quraşdırılıb. Rayonun üç istiqamətində ümumi tutumu 6 min kubmetr olan su anbarları inşa edilib.  Əhaliyə verilən içməli suyun təmizliyi isə yeni yaradılan laboratoriyada yoxlanılır. Aparılan tədbirlər nəticəsində Göygöl rayonu ilə yanaşı daha 7 kənd içməli su ilə tam təmin edilib. Göygöl Su kanal İdarəsi 8 min 100 nəfər abonentə xidmət göstərir ki, bu abonentlərin də 5 mini rayon mərkəzində yaşayır. Rayonda mənzillərə smart-kart tipli sayğaclar da quraşdırılıb.  Aşıqlı və Xanlar qəsəbəsində isə əhali mexaniki sayğaclardan istifadə edir.

Fərman Haqverdiyev- Göygöl sakini: “Bu su kanalını təzə çəkiblər. Düşünürəm ki, hamı sudan razıdır.  Qışda da həmçinin çox yaxşıdır”.

Lalə Əhmədova- Göygöl sakini: “Çox gözəldir, 24 saat suyumuz gəlir. Təzyiqi normaldır. Daha sudan əziyyət çəkmirik”.

Əhalinin qış aylarında içməli si ilə təminatı istiqamətində də lazımi işlər həyata keçirilib. Qurum tərəfindən tədbirlər planına uyğun olaraq qışa hazılığın əsas mərhələsi yekunlaşıb.

Veyis Veyisov- Göygöl rayon Su-Kanal İdarəsinin rəisi: “Qışla bağlı planımız hazırlanıb. Qışda şəhərimizdə və kəndlərdə vətənbdaşların heç bir problemi olmayacaq. Qışlama dövrü ilə bağlı Yeni zod və Mixaylovka kəndlərini içməli su ilə təmin edən nasos stansiyalarına Azərsu Səhmdar Cəmiyyəti tərəfindən əlavə mühərriklər gətirilib”.

Rayonun digər kəndlərinin daimi içməli su ilə təminatı ilə bağlı bir sıra işlər də nəzərdə tutulub. Hazırda kəndlərin daxili su şəbəkəsinin layihəsi hazırlanır.

 

İlham Məmmədzadə