
Araşdırma zamanı məlum olub ki, qrup üzvləri əsasən Rusiya istehsalı olan avtomobilləri hədəf seçib.
5 nəfərdən ibarət olan dəstə üzvləri 2-si Mingəçevir, 2-si Göygöl və1-i Gəncə sakinləridir. Onlar əlbir olaraq Mingəçevir ərazisində oğurluğa əl atıblar. Oğrular hədəf olaraq binaların giriş hissələrinin yaxınlığında saxlanılan avtomobilləri seçiblər. Qrup üzvləri əsasən köhnə sovet istehsalı olan avtomobilləri seçiblər ki, hansılarının ki, həyəcan siqnalı olmayıb. 5 nəfərlik dəstə ümumilikdə 4-ü VAZ 2107, 1-i isə VAZ 2106 olmaqla 5 maşını oğurlayaraq satıblar. Mingəçevir sakinləri 24 yaşlı Samir, 26 yaşlı Məhəmməd Abbasov, Göygöl sakinləri 33 yaşlı Mikail Koço və 30 yaşlı Tural Misirov və Gəncə sakini 33 yaşlı Mikayıl Qurbanov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. İstintaq davam etdirilir.
- Baxış: 1200