• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 961
— 22.10.2014 17:36

Ağdaş sakinini qətlə yetirən Rusiya vətəndaşı Bakıda tutulub

Ağdaş sakinini qətlə yetirən Rusiya vətəndaşı Azərbaycandan qaçmaq istəyərkən Bakıda tutulub. Belə ki, oktyabrın 20-də Rusiya vətəndaşı, 22 yaşlı Ərəstun Əşrəfli şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Qarağan Şıxlar kənd sakini 21 yaşlı İsgəndər Ömərovu bıçaqlayıb. Bir neçə bıçaq xəsarəti alan İsgəndər Ömərovu küçənin ortasında yaralı vəziyyətdə qoyaraq Rusiyaya qaçmaq üçün Bakıya gedən Ərəstun Əşrəfli polis əməkdaşları tərəfindən isti izlərlə tutularaq Ağdaşa gətirilib və istintaqa təhvil verilib. İsgəndər Ömərov ağır vəziyyətdə Ağdaş Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma davam etdirilir.