• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2059
— 22.10.2014 10:39

Tovuzda baş verən avtoqəzada hamilə qadın xəsarət aldı

Tovuzda iki avtomobil toqquşub. Rayonun Dönük Qırıqlı kəndi ərazisində baş verən qəzada 3 nəfər xəsarət alıb ki, onlardan ikisi ata-baladır. Toqquşma o qədər güclü olub ki, avtomobillərdən biri yoldan çıxaraq  yol kənarına çırpılıb. Hadisə zamanı Dönük Qırıqlı sakinləri olan sürücülər 50 yaşlı Məhəbbət Abdullayev, 40 yaşlı Rasim Quliyev və sərnişin 21 yaşlı Günay Abdullayeva müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, sürücülərin vəziyyəti kafidir. Hamilə olduğu bildirilən sərnişinin isə sol körpücük sümüyü qırılıb. Faktla bağlı araşdırma aparılır.