• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1791
— 21.10.2014 17:34

Göyçayda məktəb şagirdi qəza nəticəsində müəllimi vurub

Göyçay rayonunda piyadanın vurulması ilə nəticələnən avtomobil qəzası baş verib. Hadisə rayonun Ləkçıplaq kəndində  baş verib. Qəzanı Ləkciplaq kənd məktəbinin 10-cu sinif şagirdi, Yalman kənd sakini Ağa  Əzizov  atasına məxsus “VAZ 2104” markalı minik maşını ilə  törədib. Hadisə şahidlərinin  köməyi ilə xəsarət  alan Məhəmməd Ömərov rayon mərkəzi xəstəxanasına çatdırılıb. Məhəmməd Ömərov Ləkçiplaq kənd 1 saylı orta məktəbin bədən tərbiyəsi müəllimidir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.