
Meyit rayonun Eyvazlı kəndi yaxınlığında, yol kənarındakı əkin sahəsində aşkarlanıb. Ağdam rayon hüquq -mühafizə orqanları əməkdaşları hadisə yerinə cəlb edilib. Araşdırmalar zamanı məlum olub ki, ölən Ağdam rayonunun Kəlbəhüseynli kənd sakini, 1968-ci il təvəllüdlü Adil Sabir oğlu Aslanovdur. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potaloji Anatomiya Birliyinin Bərdə Rayon Şöbəsinə aparılıb. Adil Aslanovun yaxınlarının bildirdiyinə görə, mərhum təbiətcə sakit, heç kimlə işi olmayan birisi olub. Lakin, o, spirtli içki aludəçisi olub. Adil Aslanovun ölümünün səbəbləri araşdırılır.
- Baxış: 1064