• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 769
— 21.10.2014 17:45

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib

Bu gün günorta saatlarında Bakı-Qazax magistralının 300-cü  kilometrliyində, Yevlax rayonu ərazisində yol -nəqliyyat hadisəsi baş verib.

Gürcüstan vətəndaşı Elnur Şakir oğlu Süleymanovun idarə etdiyi “OPEL” markalı minik avtomobili ilə Göyçay rayonunun Potu kənd sakini Mavil Sabir oğlu Abışovun idarə etdiyi “Ford” markalı yük maşını toqquşub.

Qəza zamanı “OPEL”-ə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.