• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2342
— 21.10.2014 18:18

Gəncədə avtobusda qarət olunan qadın üstəlik yıxılaraq ağır xəsarət alıb

Hadisə bu gün günorta saatlarında 9 saylı xətt üzrə hərəkət edən avtobusda baş verib.

27 yaşlı Səadət Nağıyeva deyir ki, pul kisəsinin oğurlandığını 9 nömrəli avtobusda olan qohumlarına bilet almaq istəyərkən bilib. Qadın oğurluq edən şəxsi görsə tanıyacağını söyləyir.

Zərəçəkən, sürücüdən avtobusu saxlamağı və salonu yoxlamağı xahiş etsə də, sürücü ona əhəmiyyət verməyib. Üstəlik basırıq olan avtobusa minmək istəyərkən itələnərək yıxılıb da. Səadət Nağıyeva deyir ki, sürücü isə heç nə olmamış kimi yoluna davam edib.

Qohumları tərəfindən Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən zərərçənin vəziyyətini həkimlər orta-ağır kimi dəyərləndirir.

Səadət Nağıyeva deyir ki, oğurlanan pul kisəsində pul, qızıl əşyaları və digər lazımi sənədlər olub.

Hadisə ilə bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır.