• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 949
— 21.10.2014 18:01

Mingəçevirdə gənc ana doğuş zamanı övladı ilə birgə ölüb

Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində ana və uşaq ölümü qeydə alınıb.

Şəhər sakini, 1984-cü il təvəllüdlü Svetlana Adil qızı Qasımova ikinci övladını dünyaya gətirmək  üçün doğum şöbəsinə aparılıb. Doğuş zamanı qadının vəziyyəti qəflətən pisləşib, onun bədənində yüksək temperatur və üşütmə halları baş verib. Ona həkimlər tərəfindən lazımi tibbi yardım göstərilsə də, qadın doğuşdan 3  saat  sonra dünyasını dəyişib. Yeni doğulan körpə oğlan uşağı isə doğuşdan 5 dəqiqə sonra ölüb.  Onun 4 kiloqram 100 qram çəkisi olub. Həkimlər qadının dölyanı mayenin emboliyası, yəni dölyanı mayenin qadının damarlarına daxil olması səbəbindən dünyasını dəyişdiyini bildirirlər. Diaqnozun təsdiqi  patanatomik  şərhdən sonra  tam bəlli olmalı idi, lakin xəstənin yaxınları buna icazə verməyiblər.

Həkimlər bildirirlər ki, dölyanı mayenin emboliyası zamanı qadında şok və kəskin şok koaqulapatiyaları  əmələ gəlir. Məlumata görə, bu hal hər 100 min doğuşdan 3-5-də rast gəlinir. Onların da 70-90 faizi ölümlə nəticələnir. Baş vermiş faktla bağlı araşdırma aparılır.

 

Elnarə İbrahimova