• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2116
— 21.10.2014 18:10

Kişi ondan boşanmaq istəyən həyat yoldaşını qətlə yetirib

Hacıqabul rayonunda ər ondan boşanmaq istəyən arvadını qətlə yetirib. Hadisə rayon xəstəxanasında baş verib.

Rayon sakini, 1968-ci il təvəllüdlü İslam Abxan oğlu Əhmədov Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına gələrək, orada tibb bacısı işləyən həyat yoldaşı, 1963-cü il təvəllüdlü Bacıxanım Məlik qızı Əhmədovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Bıçaq onun ürək nahiyəsinə nüfüz etdiyindən, o, hadisə yerində keçinib. Tibb bacısının iş yoldaşlarının sözlərinə görə, Bacıxanım Əhmədova ilə əri İslam Əhmədov arasında tez-tez ailə münaqişəsi olurmuş. Bu səbədən də  Bacıxanım Əhmədova bir müddət əvvəl ərindən boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edib. İlkin ehtimala görə, xanımının  bu hərkəti ilə barışmaq istəməyən ər onu qətlə yetirib.

İslam Əhmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.