• KepezTV
Bu günə xəbərlərin oxunma sayı: 2098
— 20.07.2016 16:01

Gəncə-Qazax bölgəsində arıların süni mayalandırılmasına başlanılıb

Mayalandırma işləri Arıçılıq Mərkəzinin Goranboyda yerləşən laboratoriyasında yerli və xarici mütəxəssislər tərəfindən aparılır. Məqsəd Boz Qafqaz arı cinsinin genefondunun qorunub saxlanmasıdır. Bu arı cinsinin məhsuldarlığı daha üstündür. Mələz arıların bir ailəsi 8-10 kq bal verdiyi halda, Boz Qafqaz cinsindən olanlar 20 kq-a qədər bal verir. Süni mayalanma məqsədilə damazlıq ailələrdən 7 erkək arı seçilir, onlardan əldə edilən sperma narkoz verilmiş ana arının dölünə yeridilir. Xüsusi nömrəylə nişanlanan ana arı sonradan ailələrə paylanır.

Elnur Əhmədov- Arıçılıq Mərkəzinin laboratoriya müdiri: "Hazırda 100 ana arını mayalandıracağıq, bu yolla illər ötdükcə arı ailələrinin sayı artacaq. Bizə məxsus olan Boz Qafqaz arı cinsini bütün dünyada tanıdacağıq. Ölkəmizdə bu arı cinsini təmizlədikdən sonra ana arıların, eləcə də ailələrin satışı da həyata keçiriləcək".

Xəyalə Mürsəl