• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1456
— 21.10.2014 10:21

Tovuz Balıqartırma Təsərrüfatından Kür çayına oktyabr ayında 1 milyondan artıq çəki balığının körpəsi buraxılıb

KepezTV Player

Qərb rayonlarında əkinçilik, heyvandarlıq sahələri ilə yanaşı balıqçılıq da inkişaf edir. Tovuzun Hunanlar kəndində fəaliyyət göstərən balıqartırma müəssisəsi isə artıq 24 ildir ki, çəki balıqlarının yetişdirilməsi ilə məşğuldur. Burada körpə balıqlar süni göldə yetişdirilərək Kür çayı vasitəsi ilə Şəmkir dəryaçasına axıdılır.

Təsərrüfat rəhbərinin sözlərinə görə, çəki balıqları qərb regionun təbiətinə daha çox uyğunlaşdığından onları artırmaq sərfəlidir. Kür çayının suyu ilə dolu olan göllərdə yetişdirilən balıqlar əvvəlcə xüsusi qablara yığılır, daha sonra isə gətirilərək Kür çayının sakit axan hissəsinə buraxılır.

Kiçik çəki balıqları Kürə axdıldıqdan sonra ana balıqlar seçilərək qışlama nohuruna atılır. Yazda isə kürüləmə nohuruna köçürülürlər. Bu isə suda yaşayan canlıların nəsil artımına xidmət edir. Hazırda təsərrüfatda 1200-dən artıq ana çəki balığı var. Ana balıqlar qış vaxtı daha çox vəhşi quşların hücumuna məruz qalır ki, bunun üçün də əvvəlcədən tədbirlər görülür.

70 hektara yaxın ərazisi olan Tovuz Balıqartırma Təsərrüfatının əməkdaşları oktyabr ayında Kür çayına 1 milyondan artıq çəki balığının körpəsini buraxıblar. İl ərzində isə bu rəqəm 10 milyona çatır.  

Rahim İbrahimoğlu


 

.