• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2975
— 12.07.2016 15:49

GDU-da “Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği”nə dair konfrans keçirilib

Türkiyə Universitetləri Məzunları İctimai Birliyi "Azərbaycan multikulturalizminin region gəncləri arasında təbliği"nə dair konfranslar keçirir. Daha öncə Quba, Xaçmaz, Ağsu, Siyəzən, Xızıda baş tutan silsilə xarakterli tədbirin növbəti məkanı Gəncə olub. Məqsəd Azərbaycanda mövcud olan tolerantlığı, multikultural dəyərləri ümumbəşər ideologiya kimi dünya ictimaiyyətinə çatdırmaqdır. Gəncə Dövlət Universitetində baş tutan görüşdə bildirilib ki, bu dəyərləri gənclər bütün dünyada təbliğ etməlidirlər.

Vüsalə Camal