• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1979
— 12.07.2016 15:32

Gəncədə “Azərbaycan Könüllülük Xidmət”i Yay məktəbinin panel sessiyası baş tutub

Azərbaycanda könüllülüyün keçmiş təcrübəsi və genişmiqyaslı hərəkata çevrilməsi, gələcək perspektivləri və gözləntiləri, müsbət və mənfi cəhətləri müzakirə olunub. “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” çərçivəsində könüllülərin fəaliyyəti də əsas müzakirə mövzularından biri olub. Panel sessiyasında müxtəlif bölgələrdən 60-a yaxın gənc iştirak edib.

Seymur Hüseynov- Gənclər Təşkilatları Milli Şurasının sədri: "Yay məktəbinin nəticəsində Azərbaycanda könüllülüyün inkişafı ilə bağlı xüsusi təkliflər paketi hazırlanacaq və müvafiq icra strukturlarına göndəriləcək. İnanıram ki, Avropa Gənclər Paytaxtı seçilmiş Gəncədə keçirilən bu tədbir öz unikallığı ilə seçiləcək. Könüllülük hərəkatının inkişafında da uğurlu bir nöqtə olacaq".

Gülnar Fazilqızı